Gəncə şəhər sakini saxlanılıb

Gəncə şəhər sakini saxlanılıb

Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini Ceyhun Mərdanov saxlanılıb. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində 3 həyətyanı sahədən su mühərriki, 5 ədəd palma ağacı və məişət əşyaları, həmçinin 1 mağazadan pul, tütün məmulatı və spirtli içkilər oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Ceyhun Mərdanov saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə