Oğurluqda şübhəli bilinən şəxs tutulub

Oğurluqda şübhəli bilinən şəxs tutulub

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Vüqar Əsədov tutulub. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, DİN Kriminalistik Tədqiqatlar İdarəsi və Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 3-də Yeni Ramana qəsəbəsindəki evlərdən birindən 4500 manat pul və 4000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Əsədov tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə