Sabirabad rayon sakinləri Hidayət Məmmədovun və Ağayar Əliyevin evlərindən marixuana və çətənə kolları aşkar edilərək götürülüb. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, əldə edilən məlumat əsasında Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Azadkənd kəndində yaşayan, əvvəllər məhkum olunmuş Hidayət Məmmədovun evinə baxış zamanı oradan 1 kiloqram 292,38 qram marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilən 9 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona verən həmkəndlisi Ağayar Əliyev də müəyyən edilərək tutulub. Onun evinə baxış zamanı isə 322 qram marixuana aşkar edilərək götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB