Nərimanov rayonunda qəza 1 nəfərin ölümü ilə nəticələnib

Nərimanov rayonunda qəza 1 nəfərin ölümü ilə nəticələnib

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda "Toyota" və "Daewoo" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalan 1941-ci il təvəllüdlü Əliyev Elman Bəhman oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 08:38-də başa çatıb.​

Bütün xəbərlər Facebook səhifəmizdə