Avtobusda gizlədilən narkotik vasitə aşkara çıxarıldı

Avtobusda gizlədilən narkotik vasitə aşkara çıxarıldı

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran vətəndaşının idarə etdiyi sərnişin avtobusuna xidməti itin tətbiqi ilə baxış keçirilib. SİA-nın verdiyi məlumata görə, baxış zamanı, xidməti itin reaksiyasına əsasən, avtobusun salonunda, sürücü oturacağının arxasından 3-cü sırada olan oturacaqların ətrafı əsaslı yoxlanılıb. Nəticədə, həmin sərnişin oturacaqlarından birinin avtobusun yan divarına tərəf hissəsində bir büküm, xalis çəkisi 8,72 qram olan narkotik vasitə - həşiş qətranı aşkar olunub.

Faktla bağlı araşdrıma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə