Ağdaş rayon sakini yerləşdirildiyi xəstəxanada ölüb

Ağdaş rayon sakini yerləşdirildiyi xəstəxanada ölüb

Yol-nəqliyyat hadisəsi nəticəsində ağır yaralanan Ağdaş rayon sakini İlqar Əliyev yerləşdirildiyi xəstəxanada ölüb. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, mayın 9-u saat 18:00 radələrində Qəbələ rayonunun Mirzəbəyli kəndi ərazisində Ağdaş rayon sakini İlqar Əliyev idarə etdiyi "Mitsubishi" markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə xəstəxanaya yerləşdirilən İ.Əliyev mayın 11-də orada ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə