Yevlaxda yanğınla nəticələnən yol qəzası qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı-Yevlax yolunun, Yevlax rayonu ərazisindən keçən hissəsində "VAZ", "Mercedes" və "NİVA" markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib. Nəticədə "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB