“Niaqara” şadlıq evində yanğın olub

“Niaqara” şadlıq evində yanğın olub

Bakıda yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında yer alan xəbərə görə, Bakının Nəsimi rayonunda ümumi sahəsi 700 m2 olan ikimərtəbəli "Niaqara" şadlıq evinin damında quraşdırılmış havatəmizləyici qurğu və tüstü bacasında yağ qalıqları yanıb. Şadlıq evi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə