Narkotik vasitələr aşkara çıxarıldı

Narkotik vasitələr aşkara çıxarıldı

Astara Gömrük İdarəsinin əməkdaşları güclü təsir edən maddə və narkotik vasitələrin gömrük nəzarətindən gizlədilmiş şəkildə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar. SİA-nın verdiyi məlumata görə, gömrükçülər İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının əl yüklərinə rentgen qurğusunda baxış keçirib. Yoxlama zamanı ümumi sayı 50 ədəd həb şəklində, təsiredici maddəsinin miqdarı 10 qram olan "Tramadol" adlı dərman preparatı və 240 ədəd həb şəklində, təsiredici maddəsinin miqdarı 9,6 qram olan "Metadone" adlı narkotik vasitə aşkar edilib.

Xatırladaq ki, tramadol "Güclü təsir edən maddələrin Siyahısı"na, metadon isə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə