7 otaqlı ev yandı
Gədəbəydə yanğın qeydə alınıb. SİA Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Gədəbəy rayonunda vətəndaşa məxsus ümumi sahəsi 250 m2 olan ikimərtəbəli 7 otaqlı evin çardağının yanar konstruksiyaları 10 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə