Gürcüstan vətəndaşını Tovuzda elektrik cərəyanı vurub

Gürcüstan vətəndaşını Tovuzda elektrik cərəyanı vurub

Gürcüstan vətəndaşını Tovuzda elektrik cərəyanı vurub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Düz Qırıqlı kəndində qeydə alınıb. Kəndin ərazisindən keçən qaz borularının çəkilişi zamanı tikintidə işləyən Gürcüstan respublikasının vətəndaşı, 1996-cı il təvəllüdlü Qelaşvili Zaurini elektrik cərəyanı vurub. O rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Z.Qelaşviliyə tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə