Şabran və Lənkəranda yanğın olub

Şabran və Lənkəranda yanğın olub

Şabran və Lənkəranda yanğın olub. FHN-in saytında yer alan məlumata görə, Lənkəranın Mamusta kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan birmərtəbəli 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları və dam örtüyü 100 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub, yanğın söndürülüb.

Şabran rayonunun Daşlıyataq kəndində isə vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 40 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə edilib, alovun qarşısı alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə