Dəmir boruların içərisindən 129 qram qızıl aşkarlandı

Dəmir boruların içərisindən 129 qram qızıl aşkarlandı

Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun ixrac piyada keçid xəttində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətinə gedən Azərbaycan Respublikası vətəndaşının əl yüklərinə "Heimann X-ray" markalı rentgen aparatı vasitəsilə gömrük baxışı keçirilib. SİA-nın verdiyi məlumata görə, yoxlama zamanı vətəndaşa məxsus 1 ədəd əl arabasının dəmir borularının içərisindən gömrük nəzarətindən gizlədilən, çəkiləri müvafiq olaraq 19, 19, 19, 18, 18, 18, 18 qram olmaqla, ümumilikdə təqribi çəkisi 129 qram təşkil edən 7 ədəd qızıldan hazırlanan boyunbağılar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə