Rusiyada zəlzələ olub

Rusiyanın Saxalin adasında 5,1 bal gücündə zəlzələ olub. SİA-nın məlumatına görə, təbii fəlakətin episentri Şebunino qəsəbəsində olub. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə