Mikroavtobus yanıb

Abşeron rayonu, Saray qəsəbəsində vətəndaşa məxsus həyətyanı sahədə "MERCEDES" markalı mikroavtobusun yanar hissələri yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 05:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə