Lənkəranda ölümlə nəticələnən yol qəzası baş verib

Lənkəranda ölümlə nəticələnən yol qəzası baş verib

Lənkəran rayonunda avtomobil piyadanı vuraraq öldürüb. APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə dünən Ələt-Astara yolunun Gərmətük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Gərmətük kənd sakini 1976-cı il təvəllüdlü Vəliyev Anar İdris oğlu yolu keçmək istəyərkən onu avtomobil vurub. Ağır xəsarətlər alan kişi hadisə yerində keçinib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə