Binəqədidə iki avtomobil toqquşub

Binəqədidə iki avtomobil toqquşub

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Prospektlə yüksək sürətlə hərəkətdə olan "Kia" markalı avtomobil qarşıda hərəkət edən VAZ-2104 markalı avtomobilə çırpılıb. "Kia" zərbədən sonra aşıb. Qəza nəticəsində "Kia"nın sürücüsü xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə