Bakıda bina tikintisi zamanı fəhlə yıxılaraq ölüb. Report-un xəbərinə görə, hadisə paytaxtın Xətai rayonu, N.Tusi küçəsində qeydə alınıb.
Orada tikilməkdə olan binada fəhlə işləyən 1984-cü il təvəllüdlü Şəhriyar Əliyev binanın beşinci mərtəbəsindəki liftin şaxtasından yıxılaraq ölüb.
Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır. Qeyd edək ki, həmin bina "Amal" MTK tərəfindən inşa edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB