Qazaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Qazaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qazax rayonu ərazisində "Mitsubishi" və "Opel" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

SİA FHN-in saytına istinadla xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri dərhal hadisə yerinə cəlb ediliblər. "Opel" markalı minik avtomobilində xəsarət alaraq sıxılmış vəziyyətdə qalan üç nəfər və 1992-ci il təvəllüdlü İsmayılova Səadət Məcid qızının cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 23:01-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə