Gədəbəydə ev yanıb

Gədəbəy rayonu, İnəkboğan kəndində vətəndaşa məxsus ümumi sahəsi 42 m2 olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 04:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə