Şəmkirdə evdə partlayış olub, xəsarət alan var. APA-nın qərb bürosunun xəbərinə görə, hadisə dünən İrmaclı kəndində qeydə alınıb. Kənd sakini 1976-cı il təvəllüdlü Mərdanova Nazilə Tanrıverdi qızı yaşadığı evdə qaz sobasını yandırdığı zaman partlayış baş verib. Ağır yanıq xəsarətləri alan qadın əvvəlcə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncədə olan xəstəxanalardan birinə yerləşdirilib. Vəziyyəti ağır olduğundan N.Mərdanovanın Bakıdakı aidiyyəti üzrə tibb müəssisələrindən birinə aparılması nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB