Yardımlıda qətl törədən şəxs tutulub

Yardımlıda qətl törədən şəxs tutulub

Yardımlı rayonunun Telavar kənd sakini Natavan Babayevanı qətlə yetirməkdə şübhəli bilinən Niyazi Təhməzov tutulub. aprelin 13-də Yardımlı rayonunun Telavar kəndin ərazisində kənd sakini Natavan Babayevanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Yardımlı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmkəndlisi Niyazi Təhməzov tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə