Ceyranbatan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib

Ceyranbatan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, aprelin 13-də saat 1 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Sumqayıt şəhər sakini Baba Nuhiyev idarə etdiyi "Mersedes" markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə