Sabunçuda dələduz saxlanılıb

Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, aprelin 9-da saat 3 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini Zəka Salmanovun idarə etdiyi "VAZ-2107" markalı avtomobilə sərnişin qisimində əyləşən naməlum şəxs düşərkən sürücünün əlindəki 32 manat pulu açıq talama yolu ilə alıb.

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Coşqun Qurbanov tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə