Hadisə yerində keçindi
Fermer traktorun altında qaldı

Tərtər sakini traktorun altında qalaraq ölüb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, aprelin 7-də Tərtər rayonunun Balakəngərli kəndində kənd sakini Elman Ağayev həmkəndlisi Pərvin Vahidzadənin idarə etdiyi "MTZ-80" markalı traktorun qoşqusuna minmək istəyərkən yıxılaraq təkərin altında qalıb və o, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə