Pakistanın Lahor şəhərində kamikadze tərəfindən terror aktı törədilib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, hadisə nəticəsində dörd hərbçi daxil olmaqla 6 nəfər həlak olub, ən azı 22 nəfər yaralanıb. Hadisə şəhərin cənub-şərq hissəsində baş verib. Hücumun hədəfi ölkədə əhalinin siyahıya alınmasına cəlb edilən bir qrup könüllünü müşayət edən hərbçilər olub. Hələlik hadisənin məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB