Metro hadisəsində ölənlərin sayı 14-ə çatıb

Metro hadisəsində ölənlərin sayı 14-ə çatıb

Sankt-Peterburq metrosunda baş verən partlayış nəticəsində həlak olanların sayı 14-ə çatıb. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə səhiyyə naziri Veronika Skvorçova məlumat verib.

"Hadisə yerində 11 nəfər həlak olmuşdu. Digər 3 nəfər partlayışda aldıqları yanıq və digər xəsarətlərə görə xəstəxanada dünyalarını dəyişiblər "- deyən səhiyyə naziri hazırda Sankt-Peterburq xəstəxanalarında 49 nəfərin müalicəsinin davam etdirildiyini bildirib.

Qeyd edək ki bundan əvvəl 11 nəfərin ldüyü, 45 nəfərin isə yaralandığı deyilirdi.

Xatırladaq ki, ötən gün gündüz saatlarında Sankt Peterburq metrosunun "Sennaya" və "Texnologiya-2 İnstitutu" arasında partlayış baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə