Evdə köməksiz vəziyyətdə qalan şəxs ölüb

Evdə köməksiz vəziyyətdə qalan şəxs ölüb

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. SİA-nın Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1964-cü il təvəllüdlü Hümbətov Bəhmən İsmayıl oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 13:42-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə