Xətai rayonunun Nobel prospektində piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, aprelin 3-də saat 1 radələrində Xətai rayonunun Nobel prospektində müəyyən edilməyən avtomobillə yolu keçən 55-60 yaşlı kişi vurulub və nəticədə o, hadisə yerində ölüb.
Xətai RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB