Xaçmaz Gömrük İdarəsinin "Xanoba" gömrük postunun idxal-gömrük nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. SİA-nın verdiyi məlumata görə, yoxlama zamanı, nəqliyyat vasitəsinin arxa oturacaqlarının altından gömrük nəzarətindən gizlədilən 4400 ədəd "NZ Gold Compact", avtomobilin tibb çantasının içərisindən 5 qutu "Belomorkanal" markalı siqaretlər, qabaq oturacaqların arasından isə 9 ədəd "Samsung Galaxsy J1 mini" markalı mobil telefonlar aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB