Yasamalda 2 otaqlı evdə yanğın olub

Bakıda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan ikimərtəbəli 2 otaqlı evin 2-ci mərtəbəsində vanna otağı 5 m2 sahədə, dəhlizin qapı-pəncərəsi və döşəməsi 10 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə