Dünən Goranboyda fermer təsərrüfatında yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə rayonun Dəliməmmədli şəhərində baş verib. Vətəndaşa məxsus fermer təsərrüfatının ərazisində 210 ton ot bağlamasının 45 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB