Yasamalda ağır yol-nəqliyyat hadisəsi baş verib

Yasamalda ağır yol-nəqliyyat hadisəsi baş verib

Yasamal rayonunun C.Cabbarlı küçəsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, martın 31-də saat 1 radələrində Yasamal rayonunun C.Cabbarlı küçəsində Bakı şəhər sakini Salman Binnətli "Mercedes" markalı avtomobili idarə edərkən yolun kənarında dayanan Yadulla Məmmədova məxsus "Mercedes" markalı avtomobilə vurub. Nəticədə idarəetməni itirən S.Binnətlinin avtomobili yolu keçən paytaxt sakini Elçin Əliyevə dəyib və sonra ağaca çırpılıb. E.Əliyev və S.Binnətli hadisə yerində ölüb, avtomobildə olan 4 sərnişini isə xəstəxanaya yerləşdiriliblər.

Yasamal RPİ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə