Azərbaycanın sorğusu əsasında abxaz iş adamı Levan Tujba saxlanılıb

Azərbaycanın sorğusu əsasında abxaz iş adamı Levan Tujba saxlanılıb

Moskvada Azərbaycan tərəfin sorğusu əsasında abxaz oliqarx Levan Tujba saxlanılıb. SİA "Moskva-Bakı" portalına istinadən xəbər verir ki, Azərbaycan Daxili İşlər Nazirliyinin sorğusu əsasında saxlanılan Tujba daha əvvəl "Mistral Alko" iri şərab idxalçısı şitkətinin sahibi olub. Onun barəsəində külli miqdarda mənimsəmə və ya israfetmə şübhəsiylə axtarış elan edilib. Cinayətin mütəşəkkil qrup tərəfindən törədildiyi bilddirlir. Tujbanın Azərbaycan Beynəlxalq Bankı ilə bağlı məsələyə görə saxlanıldığı ehtimal edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə