Gədəbəydə bıçaqlanma faktı qeydə alınıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, rayonun İnəkboğan kənd sakini 39 yaşlı Elçin Tağıyev həmyerlisinə nalayiq sözlər işlətdiyinə görə bıçaqlanıb.
O, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Aparılan araşdırmalar zamanı məlum olub ki, adıçəkilən şəxsi Palıdlı kənd sakini 37 yaşlı Vasif Quliyev bıçaqlayıb. Artıq həmin şəxs tutularaq istintaqa təhvil verilib.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB