Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb. SİA-nın verdiyi məlumata görə, yoxlama zamanı vətəndaşın daxili orqanında (düz bağırsağında) 3 ədəd bükümdə, xalis çəkisi 14 qram olan narkotik vasitə - heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB