Avtomobildən 15180 ədəd siqaret aşkar olundu

Avtomobildən 15180 ədəd siqaret aşkar olundu

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə "Vaz 21074" markalı nəqliyyat vasitəsində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan siqaretlərin olması barədə məlumat daxil olub. SİA-nın verdiyi məlumata görə, dərhal yaradılan əməliyyat qrupu tərəfindən həmin avtomobil Qazax rayonunun İncəsu adlanan ərazisində saxlanılıb və qanunvericiliyə uyğun olaraq baxış keçirilməsi üçün nəqliyyat vasitəsi Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun ərazisinə gətirilib. Yoxlama zamanı avtomobilin yük yerindəki selofan torbaların içərisindən üzərində aksiz markası olmayan 7600 ədəd "Vinston", 4200 ədəd "Parliament" və 3380 ədəd "Marlboro" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə