Yevlax rayon sakini Azaq Musayev münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə Tağı Qurbanovu qətlə yetirib. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, martın 29-da Yevlax rayonunun Hacıselli kəndində rayon sakini Azaq Musayev münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə həmyerlisi Tağı Qurbanovu qətlə yetirib.
Yevlax RPŞ əməkdaşlarının keçirdikləri tədbirlərlə A.Musayev tutulub, hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan "İJ" markalı tüfəng götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB