Azərbaycana narkotik keçirmək istəyən şəxs saxlanılıb

Azərbaycana narkotik keçirmək istəyən şəxs saxlanılıb

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb. SİA-nın DGK-nın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, yoxlama zamanı vətəndaşın daxili orqanında (düz bağırsağında) 1 ədəd bükümdə xalis çəkisi 12,970 qram olan narkotik vasitə - tiryək aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə