Neftçalada ev yanıb

Neftçala rayonunun Astanlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 40 kvadratmetr olan yardımçı tikilinin yanar konstruksiyaları yanıb.

SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, hadisə zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 05:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə