Yevlaxda 3 otaqlı ev yanıb

Yevlaxda yanğın qeydə alınıb. FHN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Yevlax şəhərində vətəndaşa məxsus ümumi sahəsi 80 m2 olan birmərtəbəli 3 otaqlı evin iki otağının çardağı, tavanı 50 m2 sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə