Xaçmaz rayonunda yaşayış evində yanğın olub. SİA Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, rayonun Əhmədoba kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 252 m² olan ikimərtəbəli 5 otaq və aynabənddən ibarət evin 1-ci mərtəbisində 1 otağın yanar konstruksiyaları 20 m² sahədə yanıb.
Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB