Salyanda "VAZ" markalı avtomobil yanıb

Salyanda "VAZ" markalı avtomobil yanıb

Dünən Salyan rayonunda vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin salon hissəsi yanıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, avtomobilin qalan hissələri yanğından mühafizə olunub. Yanğın dünən saat 15:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə