Leninqrad vilayətinin Vıborq rayonunda Peterburqdan Finlandiya istiqamətində hərəkət edən turist avtobusu aşıb. İlkin məlumata görə, üç nəfər ölüb, 20 nəfər isə yaralanıb. Qəzaya mümkün səbəb kimi sürüşkən yol göstərilib.
SİA -nın BBC-yə istinadən verdiyi məlumata görə, qəza "Skandinaviya" avtomobil yolunun 16-cı km-də saat 08:55 (Bakı vaxtı ilə 09:55) baş verib, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.
"Avtobusda 31 sərnişin olub. Qəza nəticəsində üç nəfər ölüb, 11 nəfər xəsarət alıb", - agentliyin həmsöhbəti bildirib.
Regional DYHTİ-nin (Dövlət Yol Hərəkəti Təhlükəsizliyi İnspektorluğu) mətbuat xidmətinin məlumatında avtobusda 32 nəfərin olduğu bildirilib.
"İlkin məlumata görə, qəza nəticəsində üç nəfər ölüb, 20 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb", - DYKTİ-dən bildirilib.
"İnterfaks"ın xüsusi xidmətlərdə olan mənbəyi avtobusda olan sərnişinlərin hamısının Rusiya vətəndaşı olduğunu dəqiqləşdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB