Naftalanda avtomobil piyadanı vurub

Naftalanda avtomobil piyadanı vurub

Naftalanda avtomobil piyadanı vurub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Naftalan şəhər sakini, 1985-ci il təvəllüdlü Hacıyev Anar İbrahim oğlu müxtəlif bədən xəsarətləri ilə dünən Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir. A. Hacıyevin bildirdiyinə görə, o, yolu keçən zaman hələlik markası və sürücüsü məlum olmayan avtomobil tərəfindən vurulub. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə