Ağcabədidə yanğın hadisəsi olub

Ağcabədidə yanğın hadisəsi olub

Dünən Ağcabədidə yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytında yer alan xəbərə görə, Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 80 m2 olan yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları 20 m2 sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə