Lənkəranda yanğın hadisəsi qeydə alınıb. SİA-nın FHN saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonda vətəndaşa məxsus ümumi sahəsi 20 m2 olan dəmir konstruksiyadan ibarət qarajda baş verib. Nəticədə qarajın dam örtüyü 8 m2 sahədə və içərisində "BMW" markalı minik avtomobilinin mühərriki və idarəetmə lövhəsi yanıb. Qarajın və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB