Yasamal rayonunda kişi meyiti aşkarlanıb

Yasamal rayonunda kişi meyiti aşkarlanıb

Bakıdakı mənzillərdən birində kişi meyiti aşkarlanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytında məlumat yerləşdirilib. Xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1947-ci il təvəllüdlü Zaxarçevko Vladimir Yakovleviçin cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə