Gəncədə sərnişin avtobusları toqquşdu

Gəncədə sərnişin avtobusları toqquşdu

Gəncədə sərnişin avtobusları toqquşub. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Nizami prospektində baş verib.

Hadisə zamanı "Hyundai" və "İsuzu" markalı avtobuslar toqquşub. İlkin məlumatlara görə qəzada xəsarət alan olmayıb.

Qeyd edək ki, hazırda faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə