Qəzada yaralananların 18 nəfərinin adı açıqlanıb (SİYAHI)

Qəzada yaralananların 18 nəfərinin adı açıqlanıb (SİYAHI)

Bakı-Sumqayıt yolunda baş verən qəzada xəsarət alanların bəzilərinin adları açıqlanıb. Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından SİA-ya verilən məlumata görə, ümumilikdə 18 nəfər- Quluzadə Aytən Altay qızı, Baxışova İlahə Azər qızı, Amani Abbas Esmalı, Əliyev Elvin Rəşad oğlu, Mürsəlzadə Aydan Zahir qızı, Əsgərli Oqtay Etibar oğlu, Fərzəliyeva Xavər Malik qızı, Tağıyev Samir Məhəd oğlu, Məmmədzadə Azadə Əsgər qızı, Cəbiyev Əfsər Əli oğlu, Manafov Bəybala Vüqar oğlu, Kərimova Təranə Şair qızı, Həsənov Elgiz Sərvər oğlu, Məmmədov Məhəmməd Şahin oğlu, Babayev Orxan Xəqani oğlu, Mirzəyeva Minə, Qocayev Nicat Faiq oğlu, Cəfərova Aytən Əliyulla qızı xəstəxanaya gətirilib.

Məlumatda həmçinin bildirilib ki, Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilənlərdən ölən olmayıb: "Yaralılar ambulator, reanimasiya və digər şöbələrə yerləşdirilib. Onlar xəstəxanaya qapalı kəllə-beyin travması, döş-qəfəsinin əziyi ilə müraciət ediblər. Artıq yaralılardan bir neçəsi evə buraxılıb".

Bütün xəbərlər Facebook səhifəmizdə